• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2526
— 21.05.2020 12:26

Gürcüstanda fövqəladə vəziyyət rejimi sabah başa çatacaq

KepezTV Player

Gürcüstanda fövqəladə vəziyyət rejimi sabah başa çatacaq. Gürcüstanın baş naziri Georgi Qaxarianın sözlərinə görə, hökumət fövqəladə vəziyyət rejiminin yenidən uzadılması üçün prezidentə müraciət etməyəcək. Fövqəladə vəziyyət qaldırılacaq, lakin tətbiq edilən məhdudiyyətlər dərhal qaldırılmayacaq: “Epidemioloqların fikrincə,  risklərə nəzarətin yüksək səviyyədə olması üçün məhdudiyyətlərin bir hissəsi qalmalıdır. Bununla əlaqədar parlamentə fövqəladə vəziyyət elan etmədən epidemiya və riskləri idarə etməyə imkan verəcək qanunvericilik dəyişikliklərini müzakirə etməyə başlamağı xahiş edirik", deyə Giorgi Qaxaria bildirib. Gürcüstanda fövqəladə vəziyyət rejimi martın 21-dən etibarən tətbiq edilir.