• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 20.05.2020 19:25

“İnsan Hüquqları Aylığı”nda Regional Mərkəzlərdə silsilə tədbirlər keçiriləcək

KepezTV Player

 Hər il 18 may - 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” kimi qeyd olunur. Cari ildə də ombudsmanın təşəbbüsü ilə 1 ay müddətində təşkil ediləcək aylıq çərçivəsində Regional Mərkəzlərdə də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“İnsan Hüquqları Aylığı”nda koronavirus pandemiyası ilə bağlı tədbirlər onlayn formada olacaq. Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən ilk günlərdə gənclər və qərb bölgəsində yerləşən Heydər Əliyev mərkəzlərinin rəhbərləri ilə videokonfransların keçirilməsi planlaşdırılır.

Müntəzəm xarakter daşıyan videogörüşlərdə hüquqi istiqamətdə fərqli xidmət sahələri üzrə insanlar maarifləndiriləcək, onlara hüquq və azadlıqları izah ediləcək.

Koronavirus pandemiyası dövründə Mərkəz tərəfindən həssas əhali qrupuna daxil olan bir çox şəxslərə baş çəkib, onların hüquqi cəhətdən problemləri dinlənib.

Ombusmanın Gəncə Regional Mərkəzi Qərb bölgəsində 12 şəhər və rayona xidmət edir.