Son dövrlər heyvandarlığın inkişafında cins tərkibin yenilənməsinə üstünlük verilir. Göygöldə də fermerlər lizinq yolu ilə əldə edilən mal-qaranın baş sayını artırmaqla məhsuldarlığı yüksəltməyə çalışırlar.
Bu il Göygöllü fermerlər xaricdən ötən ildəkindən 50 baş çox, 374 baş cins inəklər əldə ediblər. Avstiriyadan Smental, Almaniyadan isə Holştenfiliz cinsindən olan heyvanların 200 başı ətlik və südlük istiqamətlidir.
Göygöl rayonunda əsasən fermerlər xaricdən gətirilən Smental inək cinslərinə üstünlük verir. Bu inək cinslərinin bir çox üstün cəhətləri var. Belə ki, yerli cinslərdən fərqli olaraq bu cinslər həm ətlik həm də südlük baxımından daha çox sərfəlidir.
Bəhruz Mustafayev - fermer: Yerli heyvan eyni otu, eyni yemi yeyib 10 litr süd verirsə bunun 25 litr süd vermə qabiliyyəti var. Ətlik cəhətdən də 1 yaşında bu heyvanın balası 250-300 arası ət verə bilir. 2016-cı ildə bu təsərrüfata başlayanda 11 baş heyvan almışdıq. Hazırda 45 baş heyvan var.
Bu cinsdən olan heyvanların alınması üçün fermerlər aidiyyatı üzrə Dövlət Aqarar İnkişaf Mərkəzinə müraciət etməlidir. Mövcud vəziyyət qiymətləndirildikdən sonra şərtlərə cavab verənlər dəyərnin 60 faizi dövlət hesabına olmaqla güzəştli şərtlərlə heyvan ala bilir.
Ramin Kərimov - Göygöl DAİM-in heyvandarlıq sektorunun müdiri: Fermerlərə tövsiyyə edərdim ki, heyvanlarının cins tərkibini yaxşılaşdırsın. Gələcəkdə heyvandarlıq məhsullarının artırılmasına nail olacaqlar. Rayonda süni mayalanma işləri də həyata keçilir. Respublikamızı lizinq yolu ilə gətirilən cins heyvanlardan alsalar öz təsərrüfatlarını yaxşılaşdıra bilərlər.
Xaricdən gətirilən heyvanların saxlanılma şəraiti, yemlənməsi, peyvənd edilməsi də diqqətdən kənarda qalmır.
Vüsal Allahverdiyev - Göygöl Rayon Xəqani kənd Baytarlıq sahəsinin müdiri: Baytarlıq idarəsinin göstərişi ilə mütamadi olaraq fermerlərlə əlaqə saxlayırıq. Fermalarda tez-tez oluruq. Hər ayda verilən tədbirə uyğun tədbirlərimizi aparırıq. Bu gün bursulyoza qarşı burdol vaksinasiyasını aparacağıq. Bundan əvvəl çiçək, nodilyar dermativ, qarayara xəstəliyinə qarşı bu təsərrüfatda peyvəndlər aparılıb.
Göygöl rayonunda ümumilikdə 21 min başa yaxın baş iri buynuzlu mal-qara var ki, bunun da 10 min 680 sağmal inəkdi. Onlardan 4600 başı xaricdən gətirilən cins heyvanlardır. Rayonda il ərzində 1136 baş inək süni yolla mayalandırılıb ki, bunlardan da 432 baş buzov alınıb.
- Baxış: 2185