• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2151
— 13.05.2020 15:56

130 mindən çox vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib

KepezTV Player

Belə ki, İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərər çəkən 27 065 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 103 268 fərdi sahibkar, cəmi 130 333 vergi ödəyicisi müraciət edib. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 147 işçini əhatə edən 27 065 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.