• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 12.05.2020 16:36

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

KepezTV Player

2020-ci ilin mövcud dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə övladlığagötürmə ilə bağlı 23 müraciət daxil olub. Nazirlik tərəfindən qanunvericiliyin tələblərində nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq 4 uşaq övladlığa verilib. Onlar 1, 7, 9 və 16 yaşlarında oğlan uşaqlarıdır. Övladlığa götürən şəxslər Azərbaycan vətəndaşlarıdır və hər biri uşaqların yaxın qohumudur. Həmin şəxslərdən biri tək qadın, digər 3-ü isə ailədir. Övladlığa götürən şəxslərin yaşları 33-55 yaş aralığındadır.