• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 06.05.2020 19:59

Qadın kosmetoloqa hansı yaşda müraciət edirsə, o yaşda qalır

KepezTV Player

Yaz fəsli girər-girməz qadınları bir qorxu bürüyür. Bu aylarda xanımlar dəridə meydana gələn problemlərlə sözün əsl mənasında mübarizə aparırlar. Kosmetoloqlar deyir ki, mövsüm dəyişdikcə dəriyə qulluq üsulları da dəyişir. Ələxsus da bahar aylarında dəri daha çox diqqət tələb edir. İndi məsələyə mütəxəssis yanaşmasını öyrənəcəyik. Gətirək ekranlara.

Aysu Polyakova - model: Alergiya problemim var o da ki, mövsümi olaraq başlayır. Bəzi səpkilər bu da hər qadının problemidir. Buna da uyğun maskalar edirəm ev şəraitində Dərimə demək olar ki, günlük olaraq qəbul edirəm. Bu məcburidir. gil maskaları,ən çox yağlı maskalardan istifadə edirəm ki, dərim qurumasın mimik qırışlarım olmasın. Aylıq olaraq, kosmetoloqun yanına getməlidir hər kəs, mən də eynisini edirəm. Təmizləndirməlidir, piliqlər etməlidir. Dermopen etməlidir bu mütləqdir.

Günəşin yandırıcı təsiri dəridə, xüsusilə də üzdə müxtəlif ləkələr əmələ gətirir. Lakin indi karantin dövrü olduğundan insanlar gününün çox hissəsini evdə keçirir. Bəs bu halın insan dərisinə nə kimi təsiri ola bilər ?

Ruhi Tağıyeva - kosmetoloq: Xüsusilə karantin müüdətində çalışmalıdırlar ki, qidalandırıcı maskalardan istifadə etsinlərki, ev şəraitindədirlər. Nə qədər çox istifadə etsələr, o qədər çox onların dərisi üçün daha yaxşı olar. Həm nəmləndirici həm artıq yaz aylarına girdiyinə görə mqtləq şəkildə ləkələr düşmə ehtimalı olduğuna görə ləkə qoruyucu vasitələrdən istifadə etməlidirlər ki, ləkələr daha da çox artmasın.

Kosmetoloq deyir ki, 30-100 faktor arasında günəşdən qoruyucu kremləri var və onların faktorları fəsildən və dəridən asılı olaraq seçilməlidir. Payız və qışda daha az faktorlu, yaz və yay fəsillərində isə yüksək faktorlu kremlərdən istifadəni məsləhət görür.

Ruhi Tağıyeva - kosmetoloq: əgər hər hansı bir işin arxasınca getməyə məcbur qalsanız mütləq şəkildə günəşdən qoruyucudan istifadə etməlisiniz. Onu çox da müzakirə etmək olmaz ki, hansı dəri tipi üçün daha yaxşıdır hansı üçün yox. Sadəcə olaraq düzgün seçim etmək lazımdır.

"Bu gün məşhur brendlərin adı altında insanlara saxta məhsullar təqdim olunur. Hətta biz mütəxəssislər orijinal məhsullar kimi qablaşdırılan saxta məhsulları əslindən ayırmaqda çətinlik çəkirik” deyən kosmetoloq, qadınları kosmetoloji vasitələrdən istifadə edən zaman diqqətli olmağa çağırıb.