Gəncə-Qazax bölgəsi ölkədə koronavirusa yoluxmanın sayına görə paytaxtdan sonra ikinci yerdə gəlir. Məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahda keçirdiyi brifinqdə deyib. İlk yoluxma şəhərə kənardan gələn şəxsdə qeydə alınıb, sonra isə daxildə yayılmağa başlayıb. Zaur Əliyev ölkə üzrə koronavirusla bağlı vəziyyət, xəstələrin müalicə xərcləri, tibb işçilərinin maaşlarına əlavələrin hesablanması kimi məsələlərə də toxunub.
Zaur Əliyevin sözlərinə görə,Gəncədə virusun yayılmasının səbəblərindən biri də ölkənin ikinci böyük şəhərinə giriş-çıxışın çox olması ilə əlaqədardır.
Agentlik sədri vurğulayıb ki, son zamanlar koronavirusa yoluxanların sayının artması siqnallar verir ki, vətəndaşlar tövsiyələrə daha ciddi riayət etməlidirlər. Rəqəmlərə gəldikdə, ölkə üzrə ən çox yoluxma Bakıda olub - 45,3 faiz. Yoluxmaların ikinci ən çox hissəsi – 14,1 faizi Gəncə-Qazax bölgəsində qeydə alınıb. Ölkə xaricindən gələnlərdə virusa yoluxma 10,1 faiz təşkil edir. Koronavirus testi pozitiv çıxanların 54%-i qadınlar, 46%-i kişilərdir. Virusa yoluxanların əksəriyyəti 50-59 yaşda olanlardır. Ən çox ölümlərin qeydə alındığı yaş qrupu isə 60-69-dur. Bu, koronavirusdan ümumi ölümlərin 43 faizini təşkil edir. İndiyədək koronavirusa yoluxan uşaqlarda hər hansı ağırlaşma halı olmayıb.
Ölkədə aprelin ortalarında koronavirusa yoluxma dalğası daha yüksəyə qalxmışdı, sonra isə aşağı düşməyə başlamışdı. Yoluxma sayı 27 apreldən 3 mayadək yenidən artıb. Hazırda dünyada koronavirusla mübarizedə tətbiq edilən bütün dərman və tibbi vasitələr Azərbaycanda da istifadə edilir. Müalicə işinin təşkili üçün bütün yeniliklərdən istifadə edilir. Koronavirus xəstələrinə çəkilən xərclərə gəlincə.
Zaur Əliyev onu da deyib ki, əgər Azərbaycanda koronavirus xəstələrinin sayı kifayət qədər çoxalarsa, xəstələrin yerləşdirilməsi üçün xəstəxanalarda yer olmazsa, karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı təklif verilə bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri koronavirus testi neqativ çıxanlara SMS göndərilməsi məsələsinə də aydınlıq gətirib.
lkədə 10 modul tipli xəstəxananın inşası da davam edir. Onlardan ilki yaxın zamanlarda istifadəyə veriləcək. Digərlərinin təhvilverilmə müddəti isə iyunun ortalarına nəzərdə tutulur. Amma bu pandemiyanın yayda da davam edəcəyi anlamına gəlmir.
Tibbi işçilərinin maaşlarına əlavələrin verilməsi məsələsinə gəlincə, Zaur Əliyev vurğulayıb ki, Azərbaycanda 10 mindən çox tibb işçisi əlavə artımlar alıb. Mart ayı üçün 9 483 tibb işçisi, 1 043 qeyri-tibb işçisinə əlavələr ödənilib. Bu da 6 milyon manatdan çox vəsait deməkdir. Proses davam edir. Maaşına əlavə düşdüyünü hesab edən tibb işçisi bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Müəyyən araşdırmalar aparıldıqdan sonra həmin tibb işçisinin maaşına əlavə yazılmalı olub-olmadığı məsələsinə auydınlıq gətiriləcək.
- Baxış: 700