• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2362
— 03.05.2020 20:40

Ülviyyə Fətəliyeva onlayn AÇ-də iştirakını təsdiqləyib

KepezTV Player

Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə keçiriləcək onlayn qitə çempionatında daha 3 şahmatçımız iştirakını təsdiqləyib. Chess.com saytından qeydiyyatdan keçən həmin iti zəka sahiblərindən biri də gəncəli idmançı Ülviyyə Fətəliyeva olub. Nizami yurdunun yetirməsi rapid növü üzrə təşkil ediləcək Avropa çempionatında qalib olmağa çalışacaq. İsveçrə sistemi ilə 8 turdan ibarət olacaq yarışa Gəncənin bir neçə şahmatçısının da qatılacağı gözlənilir. Mayın 16-31-i aralığında baş tutacaq Avropa çempionatında 48 ölkənin şahmatçıları yarışacaqlar. Qitə yarışı onlayn formada təşkil edilsə də, bir sıra yarışlara vəsiqə verəcək və yer tutan şahmatçılar pul mükafatı alacaqlar. Çempionatda iştirakını təsdiqləyən digər Azərbaycan şahmatçıları Aydın Süleymanlı və Xəyalə Abdulladır.