• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 29.04.2020 18:50

Yeni tut ipəkqurdlarının hibridləri yaradılır

KepezTV Player

Respublikanın barama genofondu bu il 2 yeni təmiz tut ipəkqurdu cinsi ilə zənginləşəcək. Bu ekoloji cəhətdən müxtəlif şəraitlərdən götürülən saf cinslərin çarpazlaşdırılması yolu ilə yeni hibridlərin alınması nəticəsində mümkün olacaq. Heyvandarlıq Elmi Tətqiqat İnistitutunun Baramaçılıq laboratoriyasında bu istiqamətdə sınaq işlər aparılır.

AMEA-nın Şəki regional Elm Mərkəzi ilə Heyvandarlıq Elmi Tətdqiqat İnstitutunun Baramaçılıq laboratoriyası arasında bağlanan müqaviləyə əsasən bu il mərkəzdən 4 cins barama gətirilərək institutun 4 saf cinsi ilə hibridləşdiriləcək. Seleksiya yolu ilə yaradılacaq bu hibrdilər ekoloji cəhətdən şəraitə və xəstəliklərə dözümlü, həmçinin yaşama qabiliyyətinə və barama kütləsinə görə yüksək olacaq.

Qafar Məmmədov - Heyvandarlıq ETİ-nin baramaçılıq laboratoriyasının müdiri: İstehsalatda əsas hibridlərdən istehsal olunur, yəni saf cinslərdən istifadə olunmur. Bu hibridlərin də yaşama qabiliyyəti və barama kütləsi saf cinslərə nisbətən çox yüksəkdir. Əsasən də yaşama qabiliyyətinə və xəstəliklərə dözmlü olmasına görə cinslərdən seçilir. Bu ildən başlanılır və Şəki və bizdən götürülən 8 cins bir yerdə yemləndirilməsi nəzərdə tutulur. Yemlənməsi qurtardıqdan sonra onların hibrid nəsli alınır və sonrakı mərhələ davam etdiləcəkdir.

Hazırda laboratoriyda bununla bağlı hazırlıq işləri aparılır və yaxın günlərdə tut ipəkqurdlarının yemləndirilməsinə başlanılacaq. Bu mərhələli şəkildə davam edəcək və 5 ilə yekunlaşması nəzərdə tutulur.

Rasimə Hüseynova - elmi işçi: Biz inkubasiyaya qoymağa hazırlaşırıq. İnkubasidan sonra yemləmə gedəcəkdir. Yemlədən sonra isə yaxşı seçilmiş qurdları ayrı-ayrı qutulara 100 ədəd seçərək qoyub hibrid yaradacağıq.

İnstitutun tut ipək qurdlarının yemə olan təlabatı da nəzərə alınaraq burada yem bazasının gücləndirilməsi istiqamətində yeni tut bağları da salınıb.

Mahir Hacıyev - Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru: Bizim yardımçı təcrübə təsərrüfatının bazasında artıq 8 minə yaxın tut tingi əkilib. Onun da tutma faizi yüksəkdir. Bununla yanaşı bizim arıçılıq mərkəzində 17 hk yaxın tut bağının da təzələnməsi nəzərdə tutulub. Onun 5,5 hk yeni tut tingləri əkilib. Qalan 12 hk da yaşı keçmiş köhnə ağaclardır ki, bunun da yenilənməsi istiqamətində işlər aparılır.

İnstitutun genofondunda 82 ipək qurdu cinsinin saflığı qorunur və saxlanılır. Bu cinslərin 52-i yerli, 30 isə xarici cinslərdir. Həyata keçirilən bu elmi tədqiqat işləri isə ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafına öz töhfəsini verəcək. Ötən il isə Respublikada 647 ton barama istehsal olunub. Dövlət proqramına əsasən 2025-ci ildə ölkədə barama istehsalı 6 min tona çatdırılmalıdır.

 

Elnur Vahidoğlu