• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 896
— 24.04.2020 19:37

Ərzaq satışı məntəqələrində maarifləndirici monitorinqlər keçirilib

KepezTV Player

Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir. Yoxlanılan növbəti ünvan Tovuz rayonu olub. Mütəxəssislər qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə termiki emal olunmadan və xüsusi təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının uyğun yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr veriblər. Ərzaq satışı məntəqələrində təşviqat xarakterli çap materialları quraşdırılıb.

Sakin Bu cür məlumatların mağazalara yerləşdirilməsi çox gözəl haldır. Mağazaya daxil oalrkən nələrə fikir verməliyik nələri almalıyıq hansı qidalara üstünlük verməliyik belə baxanda aydın görmək olur.

Gündüz Qəmbərov AQTA-nin Tovuz Regional bölməsinin rəisi Vətəndaşlardan xaişimiz odur ki, xüsusi karantin rejimi dövründə təlimatlara ciddi şəkildə riayət etsinlər.

 

Natiq Hüseyn