• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 22.04.2020 18:51

Pambığın məhsuldarlığı 15% artacaq

KepezTV Player

Ötən il Goranboy rayonu üzrə 3 min hektardan artıq sahədə pambıq əkilərək orta məhsuldarlıq 23,5 sentner olmaqla 7300 ton məhsul götürülüb. Rayon pambıqçıları bu il məhsuldarlığı bir qədər də artırmağı planlaşdırırlar. Başlanan çiyid səpini üçün təsərrüfatçılarla müqavilələr də bağlanıb.

Təsərrüfat sahibləri deyirlər ki, yüksək məhsuldarlıq üçün əsas şərt torpağın əkinə düzgün hazırlanması və texniki qaydalara ardııcl əməl olunmasıdır. Goranboyda pambıqçılıqla məşğul olan fermerlər səpinqabağı bütün işləri vaxtında yekunlaşdırıblar və bunun məhsuldarlığa müsbət təsir edəcəyinə əmindirlər.

Samir Nuriyev fermer Ötən il 40 hektar sahədə pambıq əkmişdim. Orta məhsuldarlıq 27 snetner olmaqla pambıq vermişdim. Amma bu il bir azda artırıb 50 hektar əkmişəm. Bir fermer kimi Azərpambıqla müqavilə bağlamışam. Şirkət tərəfindən bütün nə ehtiyacımız var hamısı ödənilir.

Elşən Novruzov fermer Mineral kübrələrlə təminat eləcə də texnikalarla təchizat yaxşı olduğundan bu il əkin sahəmi bir qədər də genişləndirmişəm. 150 hektar sahədə pambıq əkmişəm. Sahədə malalama və səpin işləri davam edir. Bu il ötən ilkindən daha çox yəni 30 sentneri keçmək şərti ilə pambıq götürməyi planlaşdırırıq.

Çiyid səpini sürətləndikcə pambıq emalı zavodlarında da hazırlıq işləri tam gücü ilə aparılır. Hazırda Goranboyda pambıq səpini üçün kifayət qədər texnika var. Fermerlər bağlanan müqavilə əsasında vaxtında texnika ilə təmin edilir.

Səyavuş Qurbanov Azərpambıq ASK MMC-nin Goranboy pambıq məntəqəsinin direktoru Goranboy rayon Azərpambıq təşkilatı olaraq 1100 hektar sahədə səpin aparılması üçün müqavilə bağlamışıq. Müqavilənin şərtlərinə əsasən bu günləri Goranboy rayonunun 20 kəndində 237 fermerimiz var. Bütün qış işləri başa çatdırılıb. 650 hektar sahədə səpini başa çatdırmışıq. Aprel ayının sonunadək səpini tam yekunlaşdırmağı planlaşdırırıq. 

Bu il rayonda 900 hektar az, yəni 2200 hektarda əkin aparılması nəzərdə tutulub. Hədəf əkin sahəsinin azalmasını əldə ediləcək yüksək məhsuldarlıqla kompensasiya etməkdir. Çünki Türkiyədən gətirilən çiyidlər amofos gübrəsi ilə birgə torpağa verildiyindən nəticənin ötən ildəkindən 15 faziədək yüksək olacağı nəzərdə tutulur.

 

Natiq Hüseyn