Xüsusi karantin rejiminin uzadılması valideynlər qədər, azyaşlılar üçün də arzuolunan vəziyyət deyil. Evdə qalmaq hər nə qədər sağlamlığımız naminə olsa da, ələləxsus məktəblilər bu dönəmdən şikayətçidir. “Həyat evə sığmır”, “məktəbsiz vaxt keçmir” deyənlərdən fərqli olaraq, süjetimizin 10 yaşlı qəhrəmanı tamam fərqli düşünür. Rəsul Əliyev həmyaşıdlarına evdə keçirilən zamanı səmərəli etməyin yolları barədə tövsiyələr verib, olduqca maraqlı məqamlara toxunub. Vaxt video-materialındır, birlikdə izləyək.
Rəsul Əliyev - məktəbli: Uşaqlar evdə qalıb nə edəcəklərini düşünürlər. Əksəriyyət belə məqamda dostlarla, həmyaşıdlarla ünsiyyət qurmağı tövsiyə edir. Ancaq o qədər boş vaxtımız qalır, məktəblər olmadığı üçün kitab oxumağı məsləhət görürəm. Kitab yoxdursa, internetdən kitablar oxuya bilər ya da onlayn kitabları səsli formada dinləyə bilərsiniz. Demək istədiyim odur ki, insanlar evdə qalsa belə problem yoxdu. Ona görə bütün Azərbaycana deyirəm ki, evdə qalın, sağlam olun.
Gəncə şəhər 4 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Rəsul Əliyev sosial izolyasiya dövrünü sözün əsl mənasında fürsətə çevirib. O evdə olduğu müddətdə dərs vəsaitlərindən əlavə, bədii kitablar oxuyur, gündəmdə olan mövzular barədə araşdırmalar aparır. Veteran nəticəsi öyrəndiyi bütün informasiyaları ailə üzvləri ilə bölüşür.
Rəsul Əliyev - məktəbli: Vəba xəstəliyi yayılanda insanlara evə qalmasını tövsiyə edən xalqlardan biri olan italyanlar “karantina” adlı söz icad etdi. Və bununla insanların evdə qalmağa təşviq etdilər. Ancaq qəribə bir şey odur ki, karantina sözünün kəşf edən xalq yəni, italyanlar hazırda koronavirusdan ən çox əziyyət çəkən ölkədir.
Rəsulun araşdırdığı mövzular bununla bitmir. O, bu vaxtacan dünyanı lərzəyə salan bütün infeksion xəstəliklər barədə maraqlı faktlar öyrənir. Tək vəba deyil, ebola, donuz qripi, sars, koronavirus və digər xəstəliklər barədə biliklərini daha da artırır.
- Baxış: 391