KepezTV Player
Yevlaxda 200-ə yaxın könüllü qan vermək üçün “Qan ver, yaşat” aksiyasına qatıldı. Qeydiyyatdan keçənlərdən qan alınaraq sağlam olub-olmamaları müəyyənləşdirildi.
K.M Aksiya zamanı toplanan qan bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub. Həkimlər bildirir ki, qan vermək insanların özlərinin də sağlamlığı üçün faydalıdır. Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev də ehtiyacı olanlar üçün qan verib.
- Baxış: 251