• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 18.04.2020 20:35

Gələn ildən kolleclər tələbələri üçün təhsil müddəti 2 il olacaq

KepezTV Player

Nazirlər Kabinetinin təsdiqlədiyi orta ixtisas üzrə yeni təsnifat əsasında tam orta təhsil bazasından tibb ixtisasları istisna olmaqla bütün ixtisaslar üzrə təhsil müddətinin 2 ilə endirilməsi nəzərdə tutulub. Bununla əlaqədar olaraq, 141 ixtisasın nəzərdə tutulduğu yeni təsnifat təsdiq edilib. Yeni təsnifat bu təhsil pilləsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına, xaricdə müvafiq təhsil pilləsində təhsil alan şəxslərin ixtisaslarının, eləcə də diplomlarının qarşılıqlı tanınmasına və tələbə mobilliyinin asanlaşdırılmasına müsbət təsir göstərəcək. Humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət ixtisasları əmək bazarının mövcud ehtiyaclarına uyğun müəyyənləşdirilib. Eyni zamanda qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq və pedaqoji ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil ixtisasları qrupuna inklüziv təhsil ixtisası əlavə edilib, bəzi müəllimlik ixtisasları isə yeni təsnifatda yer almayıb və həmin ixtisaslar üzrə kadr hazırlığının yalnız ali təhsilin bakalavriat səviyyəsində aparılması nəzərdə tutulub. Yeni təsnifat üzrə tələbə qəbulu 2021-2022-ci tədris ilindən başlayaraq aparılacaq.