• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 18.04.2020 20:32

Azərbaycanda koronavirusda ölənlərin sayı 18-ə çatdı

KepezTV Player

Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alının, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Hazırkı dövrədək ölkədə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb. Dünyada pandemiya qurbanlarının sayı 157,451 nəfərə çatıb.  İndiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 2,287,323-dür. Eyni zamanda bu günədək 157,468 şəxs koronavirusdan sağalıb.