• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 17.04.2020 19:38

Yaşıllıqlara qulluq virusa baxmır

KepezTV Player

Gəncənin istirahət yerlərində və parklarda iməclik keçirilib. Şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin işçiləri ərazidə təmizlik yaratmaqla yeni əkilən ağaclara aqrotexniki qulluq göstəriblər. Ağacların dibləri bellənib, qurumuş budaqlar kəsilib, qazonlar biçilib. Ümumilikdə ilin əvvəlindən Gəncənin müxtəlif ərazilərinə 23 min 500 ədəd müxtəlif növ həmişə yaşıl ağac və 110 min ədəd gül-çiçək əkilib, 2 min kvm ərazidə qazon salınıb. Gəncə yaşıllaşdırma idarəsi şəhərdə 17 parkda 960 ha yaşıllığa xidmət edir. Yaşıllıqların qorunub saxlanması üçün gün ərzində suvarlması da həyata keçirilir.

Rizvan Quliyev - MKTİB-nin Yaşıllaşdırma şöbəsinin baş aqronomu: Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsi bütün sahələr üzrə növbəlik iş rejimində işləyir. Hazırda 14 sahə üzrə işçilər müəyyənləşdirilib. Şəhər ərazində 41 arteziandan istifadə edirik və bu artezianların təmir və bərpası da tərəfimizdən həyata keçilir. 20 ədəd su maşınları ilə də yaşıllıqların suvarılması həyata keçilir. Mərkəzi meydan deyilən ərazidə, avropa parkında, Nizami prospektində, Mirzə Şəfi Vazeh parkında və aeroport yolu istiqamətində iməcliklər həyata keçilib”.