• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 15.04.2020 19:35

11 min abonent fasiləsiz içməli sudan istifadə edir

KepezTV Player

Gəncənin su təchizatı və kanalzasiya sistemlərinin yenidən qurulma layihəsinin dördüncü mərhələsində görülən işlər çərçivəsində iri boruların çəkilməsi işləri tamami ilə yekunlaşıb. Ümumilikdə su təchizatı üzrə 280 km, kanalzasiya üzrə isə 190 km iri xəttlər çəkilərək kollektor şəbəkələrinə qoşulub. Hazırda şəhər üzrə 11 mindən artıq abonent fasiləsiz olaraq içməli sudan istifadə edir.

Artıq 3 ildir ki, Gəncədə su-kanalizasiya şəbəkəsinin yenilənməsi layihəsinin dördüncü mərhələsinin icrası reallaşır. Mərhələ çərçivəsində Şəmkirçay və Qızılqaya su mənbələrindən gələn 820 mm-lik polad boruların çəkilişi tam yekunlaşıb. Şəhərin ən böyük mərkəzi prospekt və küçələrinə 710 mm-lik politilen borulardan magistral kəmərlərin də çəkilişi tam başa çatıb. İriçaplı qidalandırıcı su xətlərinin çəkilməsi, əsas su kollektoru və kanalzasiya xətlərinin çəkilməsi tamamlanıb. Həmçinin podratçı şirkət tərəfindən layihənin əhatə etdiyi köməkçi xətlər çəkilərək su birləşmələri işləri görülüb. Layihə çərçivəsində təxminən 11 min abonent fasiləsiz olaraq içməli sudan istifadə edir.

Müzəffər Qəmbərov - sakin: Artezian suyu qarışırdı bir-birinə biabırçılıq idi, zülm çəkirdik. Ancaq indi ağsuyu götürürük. Hər dəfə o suyu götüründə dua oxuyuruq.

Hazırda Gəncənin su təchizatı və kanalzasiya sistemlərinin yenidən qurulması layihəsinin dördüncü mərhələsinin çərçivəsində yekun işlərə başlanılıb. Mayın axırında iri boruların çəkilməsi işləri başa çatdıqdan sonra ev birləşmələrinə başlanılacaq.

Orxan Abdullayev - layihənin baş topoqrafı: Gəncə şəhərində Abbas Səhət polinikilikası ətrafında olan yaşayış massivində işlərimiz yeni başlayır və qısa bir müddət tam keyfiyyətli şəkildə təhvil veriləcəkdi. Bundan başqa Qırmızı qəsəbədə ümumi ana boruları çəkilib və hazırda ev birləşmələri və test işləri gedir. Həmçinin Gəncə şəhərinin girəcəyində olan hərbi hissə deyilən ərazidə də işlərin böyük hissəsi tamamlanıbdır, burda da birləşmələr gedir. Bütün işlər də tamamlandıqdan sonra da əvvəldən asfalt olan küçələrin asfalt örtüyü bərpa oluncaq, hansı yollar ki, çınqıl idi onlarda çınqıl yollarla bərpa olunacaqdı.

Ümumilikdə isə şəhərdə indiyə kimi 5 ehtiyat su anbarı tikilərək əhalinin istifadəsinə verilib. Fevraldan isə yeni ehtiyat su anbarının inşasına başlanılıb. Layihəyə görə ehtiyat su anbarının uzunluğu 54, eni 24 və hündürülüy isə 5 metr 40 santimetr olacaq.

Orxan Abdullayev - layihənin baş topoqrafı: Cavadxan su anbarı adı ilə məhşur olan 6 min kub tutumu su anbarının inşası hazırda tərəfimizdən icra olunmaqdadır. Burada Sovet dönəmində olan kğhnə su anbarə tamami ilə dağıdıldı, çünki istismara yararsız halda idi. Yeni avropa standartların uyğun su nabarı tikilib istifadəyə veriləcəkdi.

Ehtiyat su anbarında işlər yekunlaşdıqdan sonra anbarının siyirtmələr üçün otaq və girişdə gözətçi otağı da tikiləcək. İlin sonuna istifadəyə veriləcək su anbarı tam olaraq dezinfeksiya olunub və 80 min şəhər əhalisinin istifadəsi üçün yararlı vəziyyətə gətiriləcək.

 

Elnur Vahidoğlu