• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 15.04.2020 19:39

Ehtiyacı olanlara ərzaq yardımı edilib

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Aksiyada iştirak edən Şəhər rəhbəri millət vəkilləri ilə birgə sovqatları şəxsən mənzillərdə təqdim ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə baş çəkib, onların qayğıları ilə maraqlanılıb. Profilaktik söhbət zamanı ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyinə toxunulub. Sakinlərə göstərilən dövlət diqqətinin davamlı olacaqğı bildirilərək onlara ərzaq yardımı edilib.

Bəyim Nəsirova - sakin: Allah razı olsun.Nə köməklik göstəribsinizsə sağ olun. Hökumətimiz sağ olsun.Arzum budur ki, bu qara buludlar üstümüzdən götürülsün. Hər şey yaxşı olacaq.

Mahizər Camalova - sakin: Anamı yad etdikləri üçün təşəkkür edirəm.Allah razı olsun.

Aksiya zamanı ehtiyac yarandığı təqdirdə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusla Mübarizə Mərkəzinin Qaynar xətti ilə əlaqə saxlamağın mümkünlüyü bildirilib. Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 250-ə yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.