KepezTV Player
Covid-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Gəncədə həyata keçirilən dezinfeksiya işləri davam edir. Bu dəfə Gəncə Uşaq Evi infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya edilib. Valideyn himayəsindən məhrum olan uşaqların yataq, yemək və əyləncə otaqları, atraksionlar, dəhlizlər və bütün xidməti otaqlar xüsusi məhlullarla dərmanlanıb. Dezinfeksiya işlərinin intensivliyinin təmin olunması məqsədilə xüsusi çiləyici qurğuları olan texnikalardan istifadə olunur.
- Baxış: 375