• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 13.04.2020 19:44

Şəkər çuğundurunun bol olacağı praqnozlaşdırılır

KepezTV Player

Aqrar rayon olan Göygöldə şəkər çuğundurunun əkini davam edir. Bu il rayonda məhsulun əkin sahəsi ötən illərə nisbətən azalsa da fermerlər məhsuldarlığı artırmaq hesabına azalan əkini kompensasiya etməyi düşünür.

Bu il Göygöl rayonunda 101 hektar sahədə şəkər çuğundurunun əkilməsi üçün 16 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb. Əkinə mart ayının ortalarından başalnılıb və artıq 70 hektarda səpin tam başa çatıb. Qalan 31 ha sahədə isə əkin aprelin sonuna kimi yekunlaşacaq. Əkinlə bərabər səpilən ərazilərdə becərmə işləri də aparılır, bitkilərin dibləri toxalanılır. Son günlər yağan yağışlar isə fermerlərin sevindirir.

Sultan Nəcəfov - fermer:Bu il 10 hk əkmişəm. Məhsuldarlıq yaxşı gözlənilir. Zavod gübrə, toxumu verir, texnika ilə təmin edir. Su problemimiz var idi. Su da yağış yağdı düzəldi.

Zamədin Atakişiyev - torpaq mülkiyyətçisi: Məhsuldarlıqda yaxşı olan da fermerdə, işçidə sevinir. Hamı da istiyər ki, yaxşı bol məhsulu olsun. Yağışlı hava yaxşı kömək etdi. Şəmkir kanalında su götürüb suvarırıq bu da yaxşıdı.

Göygöldə şəkər çuğundurunun əkini üçün yararlı torpaq səhələri elə də çox deyil. Həmçinin şəkər çuğunduru növbəliklə əkildiyi üçün bu il rayonda ötən ilə nisbətən 200 ha az sahədə səpin aparılıb. Ancaq fermerlərin sözlərinə görə, şəkər çuğunduru sahələrinə vaxtında və yaxşı qulluq edilərsə hektardan 60-80 ton arası məhsul götürmək mümkündür. Bundan başqa İmişli Şəkər Zavodu tərəfindən torpaq mülkiyyətçilərinə hər hektara aqrotexniki qulluq, əkin və səpin üçün ümumilikdə 1236 manat məbləğində pul verilir. Sonra isə təhvil verilən şəkər çuğundurundan həmin pullar çıxlır və qalan məbləğ fermerə təqdim edilir.

Alik Abbasov - Azərbaycan Şəkər İstehsalat Birliyinin aparıcı aqronomu: Əkin, reper, səpin, gübrələrin verilməsi və hektara avans olaraq hektar 100 manat fəhləyə pul verilir. Dövlətimiz tərəfindən də verilən şəkər çuğundurunun hər tonuna görə 4 manat əlavə pul verilir. Bu ildən də əlavə yanacaq pulu üçün 280 manatda pul veriləcəkdir.

Şəkər çuğundurunun əkini üçün hər hektara texnika ilə 100 min ədədə yaxın toxum basdırılır və suvarılma işlərinə may-iyun ayından başlanılır. Bu proses məhsul yığımına kimi davam edir. Rayonun 12 kəndində əkilən şəkər çuğundurunun yığımına isə sentyabırda başlanılacaq.