• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1128
— 13.04.2020 19:08

Ukraynada soydaşlarımıza ərzaq yardımı edilib

KepezTV Player

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda olduğu kimi, ölkə hüdudlarından kənarda yaşayan həmvətənlilərimiz də daim diqqət məkəzindədir. Yaranan mövcud vəziyyətlə əlaqədar bütün dünyada fəaliyyət göstərən diaspor təşkilatları da milli həmrəylik və yekdillik göstərməyə çalışırlar. Belə təşkilatlar sırasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi də var.

Təşkilat karantin dönəmində bu ölkədə çətin vəziyyətdə olan azərbaycanlıların duruma biganə qalmayıb. Konqresin Odessa nümayəndəliyi şəhərdə müvəqqəti yaşayan tələbələrə və digər soydaşlarımıza dəstək olub. BUAK Ukraynadakı azərbaycanlı iş adamlarının köməyi ilə həmvətənlilərimizə ərzaq bağlamaları təqdim edib. Yardım olunanlar arasında gəncəli tələbələr də var.

Ukrayna ilə yanaşı daha öncə Gürcüstan və Rusiyada yaşayan, həmçinin təhsil alan aztəminatlı soydaşlarımız da ərzaq yardımından yararlanıblar.