• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2122
— 09.04.2020 20:37

Gəncədə həssas kateqoriyadan olan insanlara yardım edilib

KepezTV Player

Gəncə şəhər İcra Başçısının təşəbbüsünə Kəpəz Rayonunun icra hakimiyyəti və rayon bələdiyyəsi də qoşulub. Fərqli ünvanlarda yerləşən 10-a yaxın mənzilə sovqat aparılıb, sakinlərlə maarifləndirici söhbətlər edilib.

Mahirə Mahmudova yardım alan:Oğlum, qızım, atam, anam yoxdur. 2 qardaşımı 13 gün içində itirmişəm. Allahdan arzu budur ki, bu qara dumanı üstümüzdən götürsün, millətimiz rahat hərəkət eləsin.

Tənha yaşayan şəxslərlə yanaşı, fiziki durumu işləməyə imkan verməyən insanlar da yaddan çıxmır. Belə həssas kateqoriyaya aid Şəmil Əmirov xoş surprizlə bağlı təəssüratını göz yaşlarıyla ifadə edib.

Şəmil Əmirov yardım alan:Yox qızım, gözləmirdim. Bir az səbrim tükənmişdi. Evdə dolanışığın ağır olmağıyla əlaqədar əziyyətli, çətin də olsa çıxıb şəhərimizdə yaşayan mötəbər, imkanlı şəxsdən yardım istəyim. Bu hardasa 2-3 günə baş verəcəkdi.

Amma bu baş vermədi və nə xoş ki, heç ehtiyac da qalmadı. İcra və bələdiyyə nümayəndələrinin qapısını döydüyü növbəti mənzil isə şəhid anasının ünvanı oldu.

Xalidə Kərimova yardım alan:Biz prezidentimiz həmişə şəhid ailələrinə, Qarabağ əlillərinə, qaçqınlara, veteranlara həmişə böyük hörmət bəsləyir, qayğı göstərir. Buna görə sağ olsun, təşəkkürümüzü bildiririk.

Yardım edilən vətəndaşlara ehtiyac yarandığı halda, Gəncə Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Koronavirusa Qarşı Mübarizə Qərargahının qaynar xətti ilə əlaqə saxlamaq tövsiyə olunub.