• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 08.04.2020 16:54

Ehtiyatda olan polis polkovniki "Həyat evdədir!" deyir

KepezTV Player

Bu gün insanların sağlamlığı üçün atılan ən mühüm, önəmli və vacib addımlardan biri də evdə qalıb, həyatın evdə olması təşəbbüsünə qoşulmaqdır. Bu dəfə “Həyat evdədir!” deyib insanları da buna əməl etməyə çağıran Gəncə şəhər Müharibə, Əmək, Silahlı qüvvələr, Hüquq Mühafizə orqanları Veteranları təşkilatının sədri, ehtiyatda

Yusif Məmmədov - Gəncə Şəhər Veteranlar Təşkilatının sədri:  Dünyada nə qədər ölümlər var, ən çoxu da Avropadadır. Bu ölümlərin sayının artması da evdə qalmamaqdır. Çağırışa əməl etsələr doğrudan da təqdirə layiqdir. Hər bir insan bu xəstəliyə yoluxarsa, yoluxan insan da 10-20 adamı yoluxdurur. Ona görə də evdə qalınsa yaxşıdır, insanlarla təmasda olunmamalıdır. Evdə qal çağırışına hər bir insan əməl etməlidir.

Uzun müddət hüquq mühafizə orqanlarında çalışaraq, qanunun keşiyində şərəflə dayanıb, xalqa, dövlət xidmət edən Yusif Məmmədov da karantin qaydalarına əməl edir. Əhaliyə də səslənərək sağlamlıq üçün “Həyat evdədir!” deyir. 71 yaşlı veteran evdə qaldığı müddətdə həyatın evdə olmasını bir daha əyani görür.

Yusif Məmmədov - Gəncə Şəhər Veteranlar Təşkilatının sədri: Mən evdə öz sağlamlığımla məşğul oluram. Nəvələrimlə birlikdə öz həyataımı yaşayıram. Kitablar oxuyuram, televizora baxıram. Orada olan verilişləri öz intusiyamdan analiz edirəm. Evdə olduğum müddətdə baxçada olan ağacların diblərinin bellənməsi ilə məşğul oluram. Bu da çox yaxşıdı və insanların sağlamlığına yaxşı təsir edir.

Ehtiyatda olan palkovnik uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. 2008-ci ildən isə Gəncə şəhər Müharibə, Əmək, Silahlı qüvvələr, Hüquq Mühafizə orqanları veteranları təşkilatının sədridir. Həmyaşıdları ilə görüşə bilməsə də Yusif Məmmədov təşkilatın üzvləri ilə mütamadi olaraq əlaqə saxlayır.

Yusif Məmmədov - Gəncə Şəhər Veteranlar Təşkilatının sədri: 65 yaşdan yuxarı hamı veterandı. Bu veteranlarla mən əlaqə saxlayıram. Danışdığım vaxtı görürəm ki, həmin veteranlar dövlətimizə qarşı, insanlara qarşı hörmətlə yanaşı məhəbbərini bildirirlər. Evdə qal çağırışından onlar sarsılmırlar, əksinə onlarda bizim veteranlarda yaşamaq ruhu var. Bütün vətəndaşlarımıza bildirmək istəyirəm ki, həyat evdədi. Evdə qal çağırışına hər bir insan əməl etməlidir.

Səmərəli fəaliyyətinə görə, "Həzi Aslanov", "Səmədbəy Mehmandarov" adına medallara, fəxri adlara layiq görülən Yusif Məmmədovun yolunu hazırda polis olan oğlu davam etdirir.