• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 08.04.2020 15:38

Karantin rejiminin nümunəvi fermeri

KepezTV Player

Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə insanların hərəkətinə tətbiq edilən məhdudiyyətlər əkin-biçin prosesində maneə yaratmır. Ələxsus da illərdir daim torpaqla bağlı olan insanların hazırki dövrdə qoyulan qayda-qanunlara riayət etməsi elə də asan deyil. Lakin özünün və yaxınlarının sağlamlığını nəzərə alaraq göstərişlərə əməl etməklə evində qalıb, həmyaşıdlarına örnək olan ahıllar da az deyil. Qarşıdakı süjetdə xüsusi karantin rejimi dövründə evində qalan nümunəvi fermeri tanıyacaqsız.

Söhbət Aydın Cəfərovdan gedir. Çoxlarına örnək olan yaşlı fermer koronavirus infeksiyasına görə tətbiq edilən qərarlara tabe olaraq evini tərk etmir. Aydın kişi ilə yanaşı onun 77 yaşlı ömür-gün yoldaşı da “evdə qal” tələbinə riayət edir.

Aydın Cəfərov xalqa da müraciət edərək, sağlamlığımızı qorumaq üçün evdə qalmağı məsləhət görüb.

Qocaman fermer özü evdə qalsa da, Göygöldə yerləşən şəxsi təsərrüfatında çalışanlarla daim telefon vasitəsilə ünsiyyətdə olur. İşlərini həvalə etdiyi oğluna tapşırıq və göstərişlərini verir. Əsas da pandemiyaya görə verilən bütün qaydalara əməl olunmasını başlıca vəzifə kimi qoyub.

Aydın Cəfərovun təsərrüfatında bu il 40 hektarda arpa, 188 hektarda buğda olmaqla ümumilikdə 228 hektar sahədə əkin işləri aparılıb, Dövlətin stimullaşdırıcı tədbirlərindən yararlanmaqla bol məhsul əldə ediləcəyinə əminlik var.

30 ilə yaxındır fermer kimi çalışan Aydın Cəfərov Göygöl rayonunda ən böyük taxıl tədarükçülərindən biridir. Nümunəvi fermerin əkin sahəsi və heyvandarlıq təsərrüfatı ilə yanaşı toxumçuluq təsərrüfatı da var.