Aztəminatlı və imtiyazlı ailələrin ehtiyaclarının ödənilməsi üçün dövlət və özəl təşkilatlar tərəfindən müxtəlif aksiyalar davam edir. Ucqar dağ rayonu olan Gədəbəydə də asayiş keşikçiləri nəcib təşəbbüsdən geri qalmayıblar. Rayon Polis şöbəsinin əməkdaşları karantin müddətində istər rayon mərkəzində, istərsə də ucqar kəndlərdə yaşayan imtiyazlı kateqoriyadan olan ailələri gündəlik çörəklə təmin edəcək.
Gədəbəy rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə nəzarət etməklə yanaşı xeyriyyə aksiyasında da fəal iştirak edirlər. Belə ki rayonda yaşayan 200-ə yaxın əlil, tənha, kimsəsiz və aztəminatlı ailənin çörək ehtiyacını polislər ödəyəcək. Bu nəcib təşəbbüsün karantin rejimi başa çatanadək davam etdirilməsi planlaşdırılır.
“Evdə qal” devizi altında maarifləndirici söhbətlər də aparılır, Virusun yayılmaması məqsədilə sosial izolyasiyaya riayət edilməsi tövsiyə olunub.
Bəhman Məmmədov - Gədəbəy RPŞ-nin xidmət üzrə rəis müavini: Rayon polis şöbəsinin rəhbərliyi qərara aldı ki, rayon ərazisində yaşayan kimsəsiz və tənha insanlara baş çəkək. Biz həmin insnaların gündəlik təlabatlarına uyğun çörəyi yaşadıqları ünvana çatdırıq və bu çətinliklərin müvəqqəti olması barədə onları marifləndiririk.
Hər gün ailələrə baş çəkən polis əməkdaşları onların qayğılarıda ilə də maraqlanır. Xüsusi ilə yaşı 65-dən yuxarı olan şəxslərin qarşılaşacaqları çətinliklərin aradan qaldırılması üçün zəruri işlər görülür.
Natiq Hüseyn
- Baxış: 471