Qurum fevralın 29-da keçirilən 20-ci turdan sonra dayandırılan Superliqanın davam etdirilməməsi qərarına gəlib. Fasiləyə qədər 38 xalla birinci pillədə yer alan "Zirvə Astara" ölkə çempionu elan olunub. 34 xala malik "Atom" 2-ci, aktivində 32 xal olan "Gəncə" komandası isə 3-cü yerə sahib çıxıb.
Kollektiv qarşıya çempionluq hədəfini qoysa da, çempionatın təxirə salınması bu arzunun reallaşmasına imkan verməyib. Çalışdırıcı komandanın bürünc medala layiq görülməsinə də münasibət bildirib.
Rizvan Səfərov “Gəncə” komandasının yeni mövsümdə fəaliyyətini davam etdirəcəyini deyib.
Beynəlxalq Basketbol Federasiyası 2020-ci ilin martın 13-dən etibarən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, Polşa, Ukrayna və Litva kimi bir sıra Avropa ölkələrində yerli çempionatlar başa çatmış hesab olunaraq qaliblər elan edilib.
- Baxış: 562