• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 30.03.2020 19:33

Rezidentura və dövlət qulluğunun sınaq imtahanları ödənişsiz oldu

KepezTV Player

Dövlət İmtahan Mərkəzi koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq otk.az portalında yerləşdirilmiş rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanını Azərbaycan və rus bölmələri üzrə iyul ayınadək ödənişsiz keçirəcək. Yaxın günlərdə portala imtahanın birinci – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi mərhələsi üzrə daha bir ödənişsiz yeni variant sınaq imtahanı yerləşdiriləcək. otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları da iyul ayınadək ödənişsiz olacaq. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək olar. Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.