• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 30.03.2020 20:01

Qəsəbələrdə maarifləndirici tədbirlər davam etdirilir

KepezTV Player

Gəncə sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, elan olunan xüsusi karantin rejiminin qaydalarına əməl etmələri ilə bağlı nəzarət tədbirləri davam edir. Şəhərin müxtəlif qəsəbələrində sakinlərlə profilaktiki söhbətlər aparılır.

Yeni növ koronavirus infeksiyası ilə bağlı mübarizə tədbirləri Gəncənin qəsəbələrində də aparılır. Maarifləndirici söhbətlər şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Məhsəti və Cavadxan qəsəbələrində yaşayan sakinləır üçün aparılıb, virusdan qorunmaq üçün tövsiyyələr verilib.

Profilaktik söhbətlər icra nümayəndələri və polis əməkdaşları tərəfindən birgə edilir. Qəsəbələrin ərazilərində yaşayan sakinlərə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinin sağlanlıq üçün əhəmiyyəti aşılanır.

Vasif Seyidov - Məhsəti qəsəbəsinin icra nümayəndəsi: Nazirlər Kabinetinin qərarına uyğun olaraq təbliğat-təşviqat işləri aparırıq.Yaşlı insanlar arasında təbliğatın əsas məqsədi onların təhlükədən qorunmasına şamil olunmuşdur.Sakinlər arasında təbliğat işlərimiz mərhələ-mərhələ davam etdiriləcək.

Qəsəbələrin ərazisində gün ərzində müxtəlif qruplar tərəfindən ümumilikdə 200-ə yaxın sakin ilə profilaktik söhbət aparılıb. Yaxın məsafəli ünsiyyət zamanı virusa yoluxma riskinin daha yüksək olduğu, sakinlərə ən zəruri hallarda evdən çıxmaq tövsiyə edilib.