• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 30.03.2020 12:03

Hərbi xidmətə çağırış müddəti uzadıldı

KepezTV Player

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb. Bu barədə məsələ “Azərbaycan Respublikasının vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişiklik Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılıb və səsə qoyularaq qəbul edilib.