Qazaxda da koronavirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər həyata keçirilir. Rayon ərazisində tibbi-profilaktik və dezinfeksiya işləri aparılır. Bundan başqa Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan Opreativ Qərargahın üzvləri polis əməkdaşları ilə birlikdə əhali arasında marifləndirmə işlərini sürətləndirib. Ölkənin qərb qapısına giriş-çıxış da məhdudlaşdırılıb.
Qazax rayonunda dezinfeksiya işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə aparılır. Gündəlik olaraq küçələr xüsusi məhlullarla yuyulur. Paralel olaraq rayon Gigiyena və Epidemilogiya Mərkəzinin tibbi briqadaları tərəfindədn təhsil, səhiyyə və mədəniyyət müəssislərində dezinfeksiya işləri aparılır. Yaşayış binaları, sakinlərin hərəkət etdiyi ərazilərdə də dezinfeksiyaedici tədbirlər icra edirlər.
Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan Operativ Qərargahın üzvləri polis əməkdaşları ilə birlikdə əhalinin sıxlıq təşkil ərazilərdə marifləndirmə işləri aparırlar. Vətəndaşlara ehtiyac olmadığı hallarda evlərindən çıxmamaq tövsiyyə olunur. Qazax rayon pilis şöbəsinin əməkdaşları küçə və prospektlərdə, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağı, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin icrası da davam edir. Martın 27-dən etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırıb.
Respublikamızın digər şəhər və rayonlarında olduğu kimi Qazax eayon polis şöbəsinin şəxsi heyyətidə gücləndirilmiş iş rejimində çalışır. Rayonun bütün giriş-çıxış nöqtələrində yollar bağlanılıb. Bütün bunlar vətəndaşların sağlamalığı üçün atılan bir addımdır.
Şakir Rüstəmov Qazax RPŞ-nin xidmət üzrə rəis müavini: Xüsusi karantin rejiminə uyğun olaraq Qazax rayonunda giriş-çıxış məhdudlaşdırılıb. Görülən tədbirlər vətəndaşların sağlamlığı üçün edilir. Tərəfimizdən rayon ərazisində naryadlar təyin olunub. Yaşı 65-dan yuxarı olan şəxslərin çölə çıxması tam qadağan olunub. Bir çox hallarda sakinlərimiz xüsusi maskalarla təmin olunub. Hal-hazırda tədbirlərimiz davam etdirilir.
Polis əməkdaşları bütün avtomobil sürücüləri ilə fərdi qaydada söhbətlər apararaq onları qeydiyyatda olduğu ərazi üzrə geri dönmələrini təmin edirlər.
Natiq Hüseyn
- Baxış: 418