• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 25.03.2020 16:05

Göygöldə dezinfeksiya işləri sürətləndirilib

KepezTV Player

Göygöldə koronavirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Profilaktiki tədbirlər rayonda mövcud olan bütün inzibati və sosial binaları eləcə də əhalinin sıxlıq təşkil etdiyi əraziləri əhatə edir.

Göygölün küçə və prospektlərində dezinfeksiya işləri mütəmadi xarakter alıb.Tibbi profilaktik tədbirlər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları ilə aparılır. Bundan əlavə, rayon Gigiyena və Epidemilogiya Mərkəzinin tibbi briqadası mütəmadi olaraq təhsil, səhiyyə və mədəniyyət müəssislərində eləcə də sakinlərin daha çox istifadə etdiyi məkanlarda dezinfeksiyaedici tədbirləri icra edirlər.

Elşad Musayev - Göygöl Rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru: Bir aydır proflaktik dezinfeksiya tədbirləri aparılır. Rayonumuzda heç birkoronovirusa yoluxma halı qeydə alınmayıb. 52 orta məktəbdə 18 uşaq bağçasında və 70-dən çox idarə müəssisələrdə profalktik dezinfeksiya tədbirləri aparılıb.

Rayonun təhsil müəssisələrində artıq ikinci dəfədir proflaktik dezinfeksiya tədbirləri görülür. Aidiyyatı qurumlar məktəblərdə təhsilin müvəqqəti dayandırılmasından yararlanırlar. Təhsil işçiləri görülən işləri razılıqla qarşılayaraq şəxsi gigyenik qaydalara riayət etməyin vacibliyini vurğulayırlar.  

Rəşad Zülfüqarov - Göygöl Şəhər 1 saylı tam orta məktəbin direktoru: Bizim Göygöl şəhər 1 saylı tam orta məktəbdə artıq ikinci dəfədir dezinfeksiya edilir. Həm özümüz həm də epidemoloji stansiyanın həkimləri tərəfindən bu işlər həyata keçirilir. Dərslər olmasa da məktəbin təmizliyinə riayət edirik. Məqsəd dərs başlayandan sonra şagirdlərin xətasız təhsilə cəlb edilməsidir.

Rayonda dezinfeksiya tədbirləri kəndləri də əhatə edir. İşlərə xüsusi qərargah tərəfindən nəzarət edilir.

 

Natiq Hüseyn