• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 23.03.2020 19:38

DYP-dan sürücü və sərnişinlərə xəbərdarlıq

KepezTV Player

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilən məhdudiyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin martın 19-dan 29-dək qeyd olunan ərazilərə girişləri üçün qadağanın qüvvədə olmasına baxmayaraq, ayrı-ayrı minik və yük avtomobillərinin sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması hallarına tez-tez rast gəlinir. Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən bir daha xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilən ərazilərdə sıxlıq yaranmaması, habelə özlərinin məsuliyyətə cəlb edilməmələri üçün xüsusi rejimə ciddi riayət edilsin, Bakı, Sumqayıt və Abşeronda qeydiyyatda olmayan sərnişinlərin həmin istiqamətdə daşınması hallarına yol verilməsin. Əks təqdirdə respublikanın müxtəlif şəhər və rayonlarından qeydiyyatı olmayan sərnişinlərin daşınması İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması, yəni epidemiya əleyhinə rejimin pozulması kimi qiymətləndiriləcək və bu qaydaları pozan sürücü və sərnişinlərə 100 manatdan 200 manatadək məbləğdə cərimə və ya bir ayadək müddətə inzibati həbs cəzası tətbiq ediləcək.