KepezTV Player
Koronavirus təhlükəsi ilə bağlı bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması və idman qurğularının fəaliyyətini dayandırması idman sahəsini də sükuta qərq edib. Ölkəmizdə təşkili planlaşdırılan bütün nüfuzlu turnirlər təxirə salınıb və ya başqa vaxta keçirilib. Təkcə beynəlxalq yarışlar yox, elə yerli şəhər və rayon əhəmiyyətli birinciliklər də dayandırılıb. O cümlədən, Gəncədə hər il Novruz bayramı günlərində müxtəlif idman növləri üzrə reallaşan ənənəvi turnirlər də baş tutmayıb. Təxirə salınan digər yarışlar haqda isə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun müdiri Vüqar Xəlilov məlumat verib.
- Baxış: 655