• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 19.03.2020 10:55

Novruz adət ənənələri

KepezTV Player

              Şamları yandıraq arzular tutaq,
              Dərdlə vidalaşıb dərdi unudaq,
              Gülər üzlə novruzu qarşılayaq,
              Xoş qədəmlə bu elə novruz gəlir.

Novruz dedikdə ağıla nə gəlir?Papaq atma,fala baxma,xonça bəzəmə və digər bu kimi adət-ənənələr. Bəs Azərbaycan xalqı Novruzu necə qarşılayır?

Novruzun hansı adət ənənələrini yerinə yetirirsiniz?

Novruz Baharın gəlişidir.Səhər tezdən günəş dağların arxasından boylanır.Ağacların başından, budaqların arasından süzülüb gələn qızılı şüalar hər yeri parlaq yaz işığı ilə işiqlandırır . Çöllərdə, meşədə bənövşələr görünür.Baharın gəlişini türk xalqları bayram kimi qeyd edirlər. Elə bu səbəbdəndir ki, azərbaycanlıların da ən əziz bayramlarından biri “Novruz”dur. Bayrama hazırlıq mart ayının ilk günlərindən başlayır.

“Yeni gün” mənasını ifadə edən Novruz həm də xüsusi adət-ənənəsi ilə seçilir. Bunlardan biri də  səməninin cücərdilməsidir Səməni cücərdərkən niyyət edilir. Əgər o göyərərsə, niyyətin çin olacaq deməkdir. Səməni yetişdirmək həm də yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Bayramın fərqliliyi həm də özünəməxsus təamları ilə bağlıdır. Misal üçün, süfrəni plovsuz  təsəvvür etmək olmur. Novruz süfrəsini şirniyyatsız təsəvvür etmək olmaz. Bunlardan da ən məşhuru paxlava,şorqoğal, şəkərbura və qatlamadır. Novruz bayramının əsas atributlarından biri də boyanmış yumurtadır.Bayramda rəngli yumurtalar döyüşdürülərək oyun oynanılır. Novruzun əsas elementlərindən biri isə tonqaldır. Tonqal qalanaraq üstündən hoppanılır və “ağırlığım, uğursuzluğum bu odda yansın” deyilir. Bununla da köhnə ildəki bütün ağırlığın, dərdin,qəmin keçib getdiyi düşünülür.

Həyatınız Şəkərbura kimi şirin, Paxlava kimi yağlı, Qoğal kimi dadlı, problemlərinizin Fındıq boyda olmağı diləyiylə ,Novruz bayramınız mübarək olsun