• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 18.03.2020 11:02

“Google Glass” eynəyi gözdən əlillər üçün adaptasiya edilib

Google şirkəti ilə əməkdaşlıq edən, Niderlandın "Envision" şirkəti "Google Glass" "ağıllı" eynəyinin gözdən əlil və zəif görən insanlar üçün nəzərdə tutulmuş xüsusi versiyasını t

"Envision" şirkəti tərəfindən bu dəfə eynək üçün daha kompakt çərçivə hazırlanıb və ona əvvəllər "Envision" mobil əlavəsində tətbiq edilən sifət, şəkil və mətnlərin tanınması sisteminin dəstəyi quraşdırılıb. Mövcud kamera , səsli köməkçi funksiya vasitəsilə eynək istifadəçisi məkanda istiqaməti müəyyənləşdirə, lövhə, məktub və kitabları oxuya, eyni zamanda yaxınlıqda tanış insanlardan kimin olduğunu müəyyən edə biləcək. Şirkət mütəxəssislərinin sözlərinə görə, alqoritm hətta əllə yazılmış ,eləcə də 60 dildə olan mətnləri tanıyır və ucadan səsləndirir.

"Google Glass" eynəyinin başlıca xüsusiyyətlərindən biri də istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da "Google" şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan 25 düyümlü ekrana bərabərdir.

 Quraşdırılmış 5 meqapikselli kamera 720p  eks ettirmə gücünə malik videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət edir, lakin bəzi funksiyaların enerjidən daha sürətli istifadəsi istisna deyil.

 Qurğu "Wi-Fi" və "Bluetooth" standartlı simsiz rabitə modulları ilə təchiz edilib. "Bluetooth" vasitəsilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.