• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3453
— 11.03.2020 18:08

Su kanalında əl qumbarası tapılıb

KepezTV Player

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə&nbsp; Qazax rayonu, Ağköynək kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.<br>Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Qazax Rayon Polis Şöbəsinin&nbsp; və Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax Regional Məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və Ağstafa su kanalına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.<br>Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.