İranın yeni koronavirusa qarşı sınaq üçün istehsal etdiyi “Actemra” dərmanı bəzi ağır simptomları nisbətən yaxşılaşdırıb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat katibi Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, dərman istifadə edildikdən sonra 48 saat ərzində xəstəliyin simptomları nisbətən yüngülləşib. Cahanpur əlavə edib ki, bu sahədə hələlik hər hansı qərarı vermək tezdir. “Gələn günlər ərzində həkimlər tərəfindən bu proses davam etdiriləcək. Nisbi faydalı olması təkrarlandığı halda, İranın dərman siyahısına əlavə olunacaq və təxminən 3 həftə ərzində kütləvi şəkildə istehsal edilərək İran bazarına daxil olacaq”. İranda koronavirusdan ölənlərin sayı 354-ə çatıb. Virusa yoluxanların sayı 9 min nəfər təşkil edir ki, onlardan 2959 nəfəri sağalıb.
- Baxış: 309