• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 11.03.2020 11:03

BMW şirkəti i4 adlı elektromobil konseptini təqdim etdi

BMW şirkəti i4 adlı elektromobilin konseptini təqdim edib. Bununla yanaşı şirkət elektromobilin dizaynını da sərgiləyib.  

BMW i4 xarici görünüşcə çox müasir görünsə də aşırı futuristik deyil. Bu isə öz növbəsində onu digər elektromobil konseptlərindən fərqləndirir. BMW i4 konsepti 5-ci nəsil eDrive transmissiyası və 530 at gücünə ekvivalent olan 390 kilovatt gücündə elektromühərrik üzərində qurulub.

Şirkətin verdiyi məlumata əsasən, elektromobil saatda 100 km sürəti 4 saniyəyə yığa bilir. Onun maksimal sürəti barəsində məlumat verilməyib. Elektromobilin salon dizaynına gəldikdə isə o, minimalizm tərzində hazırlanıb. Sürücünün önündə əyilən formadan hazırlanan böyük ölçülü ekran yerləşir.

 BMW i4-ün daha bir maraqlı özəlliyi də ondan ibarətdir ki, elektromobilin hərəkəti, qapıların açılıb-bağlanması və digər funksiyaların yerinə yetirilməsi zamanı xüsusi səslər ortaya çıxır. Məlumata əsasən sözügedən elektromobil üçün bütün səsləri məşhur bəstəkar Hans Zimmer hazırlayıb. BMW i4-ün kommersiya məqsədli satışı 2021-ci ilə planlaşdırılır.