• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 11.03.2020 12:20

Əhməd Əhmədzadə Göygöl rayonunda vətəndaşlarla görüşüb

KepezTV Player

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Göygöl rayonunun sakinlərini qəbul edib. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi üçün yeni boruların çəkilməsi, nasos stansiyalarının tikintisi, subartezian quyularının Cəmiyyətin balansına götürülməsi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələləri əhatə edib. Şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Eyni gündə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Rafiq Aslanov Samux, Zakir Quliyev isə Goranboy rayonunda vətəndaşları qəbul edib, onların müraciət və şikayətlərinə baxıblar.

Adil Qarayev - Xəqani kənd bələdiyyəsinin sədri: “Kəndimizin ərazisindən keçən Qoşqar çayı üzərində su hövzəsinin tikilməsini irəli sürdüm. Gələcəkdə həmin su hövzəsi tikilərsə, Göygöl rayonunun bir çox sahələri həmin göldən gələn su ilə suvarıla bilər”.

 

Natiq Hüseyn