KepezTV Player
Zaqatalada illər öncə qətl törədən şəxsin saxlanılması barədə ötən gün xəbər vermişdik. Hadisənin təfərrüatları məlum olub. Belə ki,Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl Zaqatalada Seyran Eyyubovanı qətlə yetirərək hadisə yerindən qaçan Gəncə şəhər sakini Polad İsmayılov tutularaq istintaqa təhvil verilib. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlayıb, istintaq aparılır.
- Baxış: 572