“Real Madrid” İngiltərənin “Mançester Siti” komandası ilə görüşdə 1:2 hesabı ilə uduzub. Hesabı 60-cı dəqiqəsində "kral klubu"nun futbolçusu İsko açıb. Siti futbolçularının müdafiə xəttində bağışlanılmaz səhvi hesabda geri düşmələrinə səbbə olub. Lakin Xosep Qvardiolanın komandası matçda təşəbbüsü ələ almağı bacarıb. Və yekunda əzmkar qələbə qazanıb. Qonaqların heyətində əvvəlcə oyunun 78-ci dəqiqədə Qabriel Jesus hesabı bərabərlışdirib. 83-cü dəqiqədə isə kobud oyuna görə təyin olunan penaltidən Kevin De Brüyne fərqlənərək komandasını hesabda irəli çıxarıb. Görüşün sonlarında ev sahiblərinin kapitanı Serxio Ramos qırmızı vərəqə alması yadda qalan epizodlardan olub.
Turnirin bu mərhələsinin digər oyununda isə “Lion” öz meydanında İtaliya “Yuventus”unu qəbul edib. Bu görüş süpriz nəticə ilə yekunlaşıb. Belə ki, qarşılaşma fransızların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Lyüka Tuzar vurub.
Bu komandalar arasında cavab görüşləri martın 17-də keçiriləcək.
- Baxış: 578