• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 26.02.2020 10:01

Renaultşirkəti Twingo Z.E. elektrokarınıtəqdimedib

Renault şirkəti  Twingo şəhər avtomobilinin Z.E. indeksinə malik olan elektrikmodifikasiyasını təqdim edib. Renault Twinzo Z.E. modeli arxa mühərrikli platformanı qoruyub və buna görə də, electromotor yalnız arxa təkərləri hərəkətə gətirir. İnsayderlərin ehtimal etdiyi kimi, güc qurğusu Smart EQ For Four modelindən götürülüb. Lakin, ikiavtomobilin batareyaları fərqlidir: Smart 17,6 kilovat-saatlıq, Twingo Z.E. isə daha məhsuldar 22 kilovat-saatlıq litium-ion batareyası ilə təchiz edilir.WLTP City şəhər dövrünə görə, Twingo Z.E. 250 kilometrə qədər yol qət edə bilir, amma avtomagistrallarda hərəkəti  nəzərdə tutan "normal" rejimində yürüş məsafəsi 180 kilometrə enir. Buna baxmayaraq, elektromobil yerindən 50 km/saat həddini 4 saniyəyə toplaya və maksimum 135 km/saat həddinə qədər sürətlənə bilir.Məişət elektrik şəbəkəsindən Twingo Z.E. modelinin batareyasının tam doldurulmasına 13 saat 30 dəqiqə gərəkdir. 3,7 kilovatlıq mənbədən yükləmə müddəti 8 saata, 7.4 kilovattlıq “super yükləmədən” isə 4 saata qədər azalır. Sürətli 11 kilovatlıq qurğudan batareyanın 80 faizinin doldurulmasına  2saat 10 dəqiqə, 22 kilovattlıq qurğudan isə 63 dəqiqə sərf etmək gərəkdir. Renault Twingo Z.E. elektrokarı modelin benzin versiyaları ilə birlikdə təklif ediləcək. Modelin qiyməti hələlik açıqlanmayıb. Çoxgümanki, bu məlumat Cenevrə avtosalonunda açıqlanacaq. Renault şirkəti, Twingo modelinin Avropa bazarındakı satışlarında elektro mobillərin payının 15 ilə 30 faiz arasında olacağını təxmin edir.