• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 22.02.2020 16:33

972 nəfər müayinə edilib

KepezTV Player

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Gəncə şəhərində yerləşən Yeni qəsəbə 2-də yaşayan  Xocalıdan olan məcburi köçkünlər və qəsəbəsakinləri tibbi müayinədən keçirilib. Aksiyada ultrasəslə müayinə, elektrokardioqrafik və laborator müayinələrin aparılması üçün şərait yaradılıb, terapevt, pediatr, cərrah, nevopatoloq, oftamoloq, ftizatr və digər ixtisasdan olan həkimlərin müayinə və müalicəsi aparııb. Müayinə zamanı 972 nəfər tibbi baxışdan keçirilib ki, bunlardan da 107 nəfərə elektrokardioqrafik, 98 nəfər ultrasəslə müayinə, 248 nəfərə isə laborator müayinələr təyin edilib. Həmçinin 91 şəxsə ambulator, 5 sakinə evində konsilium edilib. 17 şəxs stasionar tibbi xidmət üçün Gəncə şəhərinə dəvət olunub. Ümumilikdə qəsəbədə 2200 sakin yaşayır ki, onlardan da 1154 nəfəri Xocalı rayon sakinidir.

Vaqif Məmmədov Kosalar kənd sakini:Bu aksiyada məndə iştirak etdim. Ürəyimlə bağlı həkimlərə müraciət elədim. Həmçinin gözümlə, qulağımlada bağlı müraciət etdim. Sağ olsunlar derman yazdılar, minnətdaram.

Şölə Ələkbərova Xocalı rayon sakini:Göz həkimə gəldim, qan analizi verdim. Hamısından razıyam, yoxladılar yaxşı da yola saldılar

Akif Zərbəliyev Gəncə Şəhər Səhiyyə İdarəsinin rəis müavini:Əhalinin tibbi proflaktik baxışları üçün öncədən şəhər icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanmışdı. Qəsəbənin bir çox yerlərində elanlar yapışdırılımışdı, qaçan sətirlərə elanlar verilmişdi. Həm böyük həmdə uşaq əhaliyə baxışlar keçirilib. Tibbi baxışlar zamanı laborator əksər həkim baxışları təmin olunub.