• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 21.02.2020 19:24

ADAU-da praktik-elmi konfrans keçirilib

KepezTV Player

Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlətin qarşıya qoyduğu əsas priotetlərdəndir. Bu istiqamətdə atılan mühim addımlar, həyata keçirilən tədbirlərdən biri də bu gün Azərbaycan  Dövlət Aqrar Universitetində reallaşıb. Təşkil olunan elmi-praktik konfransda “kiçik fermer təsərrüfatlarının birləşməsi” mövzusu müzakirə olunub. Seminarda müxtəlif bölgələrindən olan fermerlər, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, tədqiqatçılar iştirak ediblər. Universitetin 100 illik yubileyinə həsr olunan konfransda həmçinin, meyvəçilik sahəsinin inkişafı üçün təkliflər irəli sürülüb. ADAU-da növbəti beynəlxalq elmi-konfransın aprelin 29-da keçirilməsi planlaşdırılır. Konfrans qlobal iqlim dəyişmələri şəraitində Aqrar elmin qarşısında duran vəzifələr mövzusunu əhatə edəcək.

İbrahim Cəfərov - ADAU-nun rektoru: Kənd Təsərrüfatı Nazirliyinin iş prinsiplərindən biri də ondan ibarətdir ki, aqrar sahə ilə məşğul olan hər bir adam fermerin yanında olmalıdır. Biz bu şüardan istifadə edərək, elmi-praktik konfrans keçiriririk. Bugünkü konfrans Azərbaycanda meyvəçiliyin inkişafına, fermerlərin qarşısında duran problemlərə və onun həlli yollarına həsr olunub.