Gədəbəy Gənclər İdman Klubu növbəti naliyyətə imza atıb. Klubun baş məşqçisi Beyrək Bağırov və idmançısı Süleyman Həsənov Azərbaycan Taekvando Federasiyası tərəfindən təltif olunub. Məşqçi və onun yetirməsi 2019-cu il ərzində yüksək nəticələr göstərdiyindən məhsuldar fəaliyyətlərinə görə federasiyanın təsis etdiyi fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Süleyman Həsənov Almaniyada Avropa birinciliyində bürünc medala layiq görülməklə rayon idmanı üçün tarixi nailiyyətə imza atıb. Klub 2017-ci ildə taekvondo üzrə 3-cü dan qara kəmər ustası, bir çox respublika və beynəlxalq yarışların qalibi və mükafatçısı, Beyrək Bağırov tərəfindən təsis edilib. Klubda müxtəlif yaş qruplarından olan 70-dən çox idmançı olimpiya idman növü olan taekvandonun sirlərinə yiyələnir. Taekvandoçular 3 il ərzində bir sıra respublika və beynəlxalq əhəmiyyətli yarışlarda uğurla iştirak edərək medal və kuboklara sahib olublar.
- Baxış: 585