• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1842
— 15.02.2020 12:36

Nişan mərasimindən qayıdanlar qəzaya düşdü

KepezTV Player

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Saloğlu yolunda sürücü idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarına aşıb.Qəza nəticəsində bir ailənin üzvləri - 61 yaşlı Sara İsmayılova, 33 yaşlı Gülnar İsmayılova, 34 yaşlı Fərrux İsmayılov və onun yeddi yaşlı oğlu xəsarət alıblar.Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin, həkimlərin müdaxiləsinə baxmayaraq Sara İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya düşən şəxslər yaxınlarının nişan mərasimindən qayıdırmış.