• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1122
— 14.02.2020 19:10

14 fevral tarixi nə deyir?

İlin ən romantik günü 14 fevral nəhayət ki, gəlib çatdı. Milyonlarla insan məhz bu gün sevgilisinə ən xoş arzular, ən gözəl sözlər ünvanlamaq üçün səbirsizlənir. Hədiyyə dükanlarında seçim qarşısında qalanlardan fərqli olaraq, sözügedən özəl günə 1 ay əvvəldən hazır olanlar da var. Amma mövzumuzun sevgililərlə heç də əlaqəsi yoxdur.

Fikrimcə, respondentlərin cavabı sizi də təəccübləndirmədi. Çünki hər kəsə məlumdur ki, 14 fevral tarixi dünyada daha çox Müqəddəs Valentin və ya Sevgililər günü kimi qeyd olunur. Amma təqvimdə bu tarixi əhəmiyyətli edən yalnız sevgililər deyil. 14 fevral həm də, çoxlarının məlumatsız olduğu Beynəlxalq Kitab Bağışlama Günüdür.

Xüsusi gündə kitab hədiyyə etmək istəyənlər minimum 5 manatlarından keçməlidirlər. Ölkəmiz üçün kitab qədər əhəmiyyət daşıyan daha bir tarixdir 14 fevral. Söhbət, 1956-ci ilin bu günündə yaranan milli televiziyamızdan gedir. 64 yaşlı Azərbaycan Televiziyası məhz bu gün Nəcibə Məlikovanın «Göstərir Bakı!» kəlməsi ilə yayıma start verib. Keçən müddət ərzində daim inkişafda olan televiziyamız artıq müasir dövrün tələblərinə tam cavab verə bilir.

Sevgi, kitab və televiziya. Bu 3 nüansı bir tarix birləşdirir. Lakin ortaq olan yalnız tarixlər deyil. İtirilməyən dəyərlərimizi sevək və qoruyaq.