KepezTV Player
Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə, gənclər və 21 yaşadək karateçilərin Avropa çempionatı keçirilib. Mötəbər qitə yarışında 52 ölkədən 1155 idmançı mübarizə aparıb. Birincilikdə Azərbaycan yığma komandasının heyətində Gəncə karateçisi Fərid Savadov da iştirak edib. 14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü 57 kq çəki dərəcəsində yarışın qızıl medalını qazanıb. Əziz Əzizovun yetirməsi finaladək monteneqrolu, serbiyalı, ukraynalı və kosovalı rəqiblərini məğlub edib. Perspektivli idmançımız həlledici görüşdə polşalı dünya çempionuna qalib gələrək, ilk dəfə çıxış etdiyi nüfuzlu yarışda Avropa çempionu olub.
- Baxış: 826