• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 12.02.2020 19:59

Maraqlı, bir o qədər də faydalı məşğuliyyət

KepezTV Player

Müasir dövrün artan qayğıları, keşməkeşli həyat əksər insanlarda stress yaradır. Xoş olmayan vəziyyətdən çıxış yolu axtaranlar çarəni bəzən quş saxlamaqda görür. Bəziləri buna sadəcə qazanc mənbəyi kimi yanaşsa da, sözügedən sahəyə hobbi kimi maraq göstərənlər də var. Elə indi ekrana gələcək süjetin qəhrəmanı kimi.

Ömrünün təxminən 45 ilini bu işə həsr edən Sahib Hacıyev uşaqlıqdan fərqli quşlar saxlayır. Vaxtilə bu say 500-yə qədər olub. Hazırda isə həyətyanı sahəsində 7 növdə, 150-dən artıq yerli quşun qayğısına qalır.

Sahib Hacıyevin şəxsi təsərrüfatındakı quşların hər biri ayrı-ayrılıqda göz oxşayır. İnsan özünü burada sanki cənnətdəki kimi hiss edir.

Sahib Hacıyev - quşbaz: Hövsələ, diqqət lazımdır. Gərək vaxtı vaxtında qulluq edəsən. Adam var qapısına yığır 5-6 gün, yaxud 1 ay saxlayır. Sonra buraxır gedir. Bunlara şəxsən özüm baxmışam, çoxaltmışam. Qara quşlar, əvrəş, qara çillər, dəst qaraquruqlular var…

Sahib bəy illərdir həvəskarı olduğu məşğuliyyətdən bu gün də zövq alır. O işdən geriyə qalan boş zamanını həyətindəki quşlarla vaxt keçirməklə dəyərləndirir.

Sahib Hacıyev - quşbaz: Əsəbləri sakitləşdirir, başqa nələrəsə yönəlməyə qoymur. Can atıram ki, işdən tez gəlim, onlara vaxtı-vaxtında qulluq edim…

Müsahibimizin həyətində toyuq və xoruzlar da var. Gələcəkdə illərdir əziyyətini çəkdiyi bu məşğuliyyəti daha da genişlərdirmək istəyir.