• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3454
— 11.02.2020 10:34

“HUAWEI Y7p” smartfonu təqdim edilib

“HUAWEI” şirkəti ucuz “Y7p” smartfonunu təqdim edib. Smartfon “HD ” təsvir ölçülü (1560x720) 6,39 düymlük IPS ekranla təchiz edilib. İstehsalçının sözlərinə görə, nazik çərçivələr sayəsində ekran qurğunun ön hissəsinin 90,15%-ni tutur. Ön kamera sol küncdə yerləşdirilib.

Arxa paneldə barmaq izləri skaneri və üçqat əsas kamera yerləşdirilib. Əsas kamera 48 meqapiksel təsvir ölçülü (f/1.8) əsas moduldan, 8 meqapiksellik genişbucaqlı və 2 meqapiksellik dərinlik sensorundan ibarətdir. Süni intellekt texnologiyasına əsaslanan gecə çəkilişi rejimi mövcuddur.

Smartfon 2,2 QHs takt tezlikli 8 nüvəli “Kirin 710F” prosessoru, 4 QB əməli yaddaş, 64 QB-lıq daxili yaddaşla (“microSD” yaddaş kartı vasitəsilə 512 QB-dək artırmaq mümkündür) təchiz edilib. Daxili akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Enerji doldurmaq üçün “micro-USB” konnektorundan istifadə olunur, həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik konnektor mövcuddur.